Cəmiyyət

Azad edilən ərazilərin sakinləri üçün peşə hazırlığı kursları başlayır

Sharing is caring!


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi Laçın, Şuşa, Füzuli, Zəngilan, Cəbrayıl şəhərləri, Laçının Zabux və Sus, Füzulinin Dövlətyarlı, Cəbrayılın Horovlu və Şükürbəyli, Qubadlının Mahruzlu və Zilanlı, Ağdərənin Talış və Suqovuşan, Ağdamın Xıdırlı, Kəngərli və Sarıcalı kəndlərinin işsiz və işaxtaran sakinləri üçün peşə hazırlığı kurslarına başlayır.

Nazirlikdən verilən məlumata görə, peşə kurslarına 2023-2024-cü illərdə həmin ərazilərdə məskunlaşmış, habelə məskunlaşması nəzərdə tutulan işsiz və ya işaxtaran şəxslər müraciət edə bilərlər.

Kurslarda iştirak etməklə əmək bazarının tələblərinə uyğun peşələrə yiyələnmək və peşələr üzrə işlə təmin olunmaq imkanı qazanmaq olar.

Peşə hazırlığı kurslarına DOST mərkəzlərinə, məşğulluq filiallarına müraciət edərək və ya sosial.gov.az saytındakı “Qarabağ və Şərqi Zəngəzurda peşə hazırlığı” bölməsindəki linkə daxil olaraq müvafiq formanı doldurmaqla qeydiyyatdan keçmək mümkündür.

Kursların müddəti 6 aya qədərdir və kurslarda iştirak ödənişsizdir. Peşə hazırlığı kursları işğaldan azad edilmiş digər ərazilərin sakinləri üçün də təşkil ediləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir