Cəmiyyət

Donetskdə separatçılar azərbaycanəsilli şəxsi döyərək öldürüblər

Sharing is caring!


Ukraynanın Donetsk vilayətinin Rusiyanın nəzarəti altında olan Makeyevka şəhəri yaxınlığında azərbaycanəsilli sakin Əhədulla Şirxan oğlu Qəniyev öldürülüb.

Soydaşlarımızın “Report”un Şərqi Avropa bürosuna verdiyi məlumata görə, Ə.Qəniyev Azərbaycanın Lənkəran rayonunda anadan olub.

O, uzun illərdir Donetskdə yaşayırmış.

Ə.Qəniyevi qondarma Donetsk Respublikası silahlıları qətlə yetiriblər.

Belə ki, silahlılar Makeyevka ətrafında yaşayan və uzun illərdir şəxsi təsərrüfatla məşğul olan soydaşımızı əvvəlcə qarət ediblər. Onun mikroavtobusu əlindən alınıb. Buna etiraz etdikdə isə silahlılar tərəfindən avtomatın qundağı ilə döyülərək öldürülüb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir