Dünya

İranın 16 əyalətində əfqanlara yaşamaq qadağan edilib – FOTO

Sharing is caring!


İranın Ali Milli Təhlükəsizlik Şurası ölkənin 16 əyalətində əfqanların məskunlaşması və işlə təmin olunmasını qadağan edib.

Bununla bağlı Kirmanşah Valiliyinin Xarici Vətəndaşlar və Mühacir İşləri üzrə rəisi Həmzə Süleymani bildirib.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

Məlumata görə, əfqanlar əsasən milli azlıqların məskunlaşdığı Şərqi və Qərbi Azərbaycan, Ərdəbil, Zəncan, Kürdüstan, Gilan, Mazandaran, Sistan və Bəlucistan kimi böyük əyalətlərdə yaşaya bilməyəcəklər.

Qeyd edək ki, noyabrın 29-dan dekabrın 3-dək 16 min əfqan qaçqın İrandan deportasiya edilib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir