Cəmiyyət

İki yaşlı Ayanın anası: “Nə dərman, nə də yemək almaq üçün pulum qalmayıb” – FOTO

Sharing is caring!


İki yaşlı Ayanın sizin dəstəyinizə ehtiyacı var.

Bu barədə Oxu.Az-a onun anası Hənifə Ağayeva məlumat verib.

O bildirib ki, qızı üç ay əvvəl yaşadıqları fermada yanıb.

“Biz Goranboyda fermada yaşayırıq. Üç ay əvvəl Ayan qaçarkən qaynar samovarı üzərinə aşırıb. Üzü, qarnı və kürəyi yanıb. 10 günə yaxın Bakıda yerləşən xəstəxanalardan birində müalicə alsaq da, imkanımız çatmadığı üçün oradan da çıxmalı olduq. Hazırda övladımın müalicələri üçün 500 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən övladıma dəstək olmalarını xahiş edirəm. İnanın, vəziyyətimiz çox ağırdır, yaşamağa evimiz belə yoxdur. Uşaqlarım bir gün ac, bir gün tox olurlar. İnanın, son dövrlər yemək almaqda belə çətinlik çəkirəm. Həkimin yazdığı mazları, dərmanları ala bilmirik, Ayanın yaraları su toplayır”.

Kart hesabı: 4169 7388 2116 1530.

Ailə ilə əlaqə: (070) 348-94-24.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir