İdman

Azərbaycan millisi FIFA reytinqində altı pillə irəliləyib

Sharing is caring!


Azərbaycan millisi FIFA reytinqində ötən ayla müqayisədə altı pillə irəliləyib.

Bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, yığma 114-cü mövqedə qərarlaşıb.

Hazırda baş məşqçisi olmayan komanda 1174,22 xala malikdir. Milli AVRO-2024-ün son matçlarında İsveçə Bakıda 3:0 hesabı ilə qalib gəlib, səfərdə Belçikaya yenilib – 0:5.

Argentina yığması (1855,20) liderliyini qoruyub. Fransa (1845,44) ikinci, İngiltərə (1800,05) isə üçüncüdür

Belçika (1798,46) dördüncüdür, beşqat dünya çempionu Braziliya (1784,09) beşinci pilləyə düşüb.

Xatırladaq ki, AFFA İcraiyyə Komitəsi noyabrın 22-də millinin baş məşqçisi Canni De Byazi ilə yolları ayırıb. Yığma onun rəhbərliyi altında AVRO-2024-ün seçmə mərhələsində 7 xalla F qrupunda 4-cü yeri tutub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir