Cəmiyyət

Şagirdlərin sağlamlığına ziyan vuran ağır çantalar: Problem necə həll olunmalıdır? – VİDEO

Sharing is caring!


Məktəbli çantalarının ağırlığı ilə bağlı müzakirələr yeni deyil. Hər il aktual mövzu kimi gündəmə gətirilsə də, dəyişən tək şey uşaqların çiynindəki yükdür.

İbtidai sinif şagirdlərinin gün ərzində 4-5 dərsi olur. Birinci sinif üçün beş kitab var, onların ümumilikdə çəkisi təxminən iki kiloqramdan çoxdur.

İş dəftərlərilə birlikdə 4-5 kiloqrama yaxındır. Əlavə qələm və digər məktəb ləvazimatları daxil edildikdə, bu çəki yeddi kiloqrama çatır.

Fiziologiyasına uyğun gəlmiyən çəkidə çanta daşımağı həkimlər məsləhət görmür. Pediatr Telman Aytayev mövzu ilə bağlı deyib ki, məktəbli uşaqların ağır çanta daşıması onların əzələ və sümük sisteminə mənfi təsir edə bilər:

“Xüsusilə 8-12 yaş arası onurğa inkişafı üçün çox önəmlidir. Düzgün çanta seçmək lazımdır. Çantanın ağırlığı uşağın ağırlığının maksimum 11 faizi qədər ola bilər”.

Daha ətraflı AZTV-nin süjetində:

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir