Cəmiyyət

Dörd il sonra Azərbaycanda nar festivalı keçiriləcək

Sharing is caring!


Göyçayda 11-12 noyabr tarixlərində Nar festivalı keçiriləcək.

Oxu.Az xəbər verir ki, festival müddətində insanlar fərqli nar növləri ilə tanış ola, bir-birindən ləziz milli təamlarımızdan dada biləcəklər.

Nar festivalı ilk dəfə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Göyçay Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə 3 noyabr 2006-cı ildə keçirilib. Bundan sonra festival ənənə halını alıb.

Ənənəvi Nar festivalı və mədəniyyəti 2020-ci il dekabrın 16-da UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsi üzrə Reprezentativ Siyahısına daxil edilib.

Araşdırmalara görə, Göyçayda keçirilən ənənəvi Nar festivalı Müstəqil Dövlətlər Birliyi ölkələrində etnoqastronomiya bayramları və festivalları arasında ilk üçlüyə daxildir.

Qeyd edək ki, Nar festivalı pandemiya səbəbindən dörd il ertələnib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir