Cəmiyyət

Azərbaycanda daha 18 nəfər COVID-19-a yoluxub – FOTO

Sharing is caring!


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 18 yeni yoluxma faktı qeydə alınıb, 58 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 4 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 831 128 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 820 689 nəfər müalicə olunaraq sağalıb, 10 230 nəfər vəfat edib, aktiv xəstə sayı 209 nəfərdir.

Ölkədə son sutka ərzində 913, hazırkı dövrədək isə 7 584 235 test aparılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir