Cəmiyyət

Naxçıvan-Şahbuz magistralında qəza: Xəsarət alan var – FOTO

Sharing is caring!




Naxçıvan-Şahbuz magistralında yol-nəqliyyat hadisəsi baş verib, bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Şahbuz rayonu Sələsüz kəndində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində Cəhri kənd sakini, 1998-ci il təvəllüdlü Daşqın Muxtar oğlu Əliyev xəsarət alıb.

O, Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir