Cəmiyyət

Gizli kameraları aşkarlamaq üçün hansı qurğulardan istifadə olunur? – VİDEO

Sharing is caring!


Müxtəlif internet resurslarında satışa çıxarılan, hər kəsin asanlıqla əldə etdiyi gizli kameralar bir çoxlarının həyatını əməlli-başlı çətinə salıb.

Yarandığı gündən bir çox insanın qorxulu yuxusuna çevrilən gizli kameralar, dinləmə cihazlarından ayrı-ayrı məqsədlər üçün istifadə edilir.

Kiçikölçülü cihazları nəqliyyat vasitəsinə, evə, hətta çantaya belə bərkitmək mümkündür.

Bəs görəsən, bu cihazların qurbanına çevrilənlər izlənildiyini, dinlənildiyini necə öyrənə bilərlər? Başqa sözlə, həmin cihazları tapmaq mümkündürmü?

Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev məsələ ilə bağlı bildirib ki, gizli kameraların, səsyazma cihazlarının aşkara çıxarılması çətin prosesdir:

“Bunlar yalnız xüsusi texniki vasitələrin köməyi ilə həyata keçirilir. Bu cür xüsusi texniki vasitələr yalnız dövlət əhəmiyyətli tədbirlərdə istifadə oluna bilinir. Hansısa bir mağazada onların satışı yoxdur. Gizli kameraları insanların özləri digər vasitələr – metal detektorlar, ultrabənövşəyi lampaların köməyi ilə də aşkarlaya bilərlər”.

Bəs həmin cihazların istifadəsinə görə məsuliyyət varmı, cəza tədbirləri nəzərdə tutulurmu?

Vəkil Hikmət Əliyevin sözlərinə görə, gizli qaydada informasiya əldə etmək üçün nəzərdə tutulan texniki vasitələr mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların siyahısına daxildir. Qanunvericiliyə görə, bu cihazları satanlarla yanaşı, istifadə edənlər də məsuliyyət daşıyırlar.

Ətraflı Baku TV-nin süjetində:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir