Dünya

“Əl-Nəsr” Ronaldunun dublu sayəsində qalib gəldi

Sharing is caring!


Səudiyyə Ərəbistanı Liqasının 14-cü turunun oyunu Ər-Riyadın “Əl-Əvvəl Park” stadionunda baş tutub və “Əl-Nəsr” və “Əl-Uhdud” komandaları qarşılaşıb.

Görüş “Əl-Nəsr”in 3:0 hesablı inamlı qələbəsi ilə yekunlaşıb.

Qarşılaşmada hesabı 13-cü dəqiqədə Sami Əl-Naci açıb. “Əl-Nasr”ın lideri Kriştianu Ronaldu bu görüşdə dubla imza atıb. Portuqaliyalı oyunçu 77 və 80-ci dəqiqələrdə fərqlənib.

Beləliklə, “Əl-Nəsr” 14 oyundan 34 xal toplayıb və Səudiyyə Ərəbistanı çempionatının turnir cədvəlində ikinci pillədə qərarlaşıb.

“Əl-Uhdud” 14 oyunda 10 xal toplayaraq 16-cı yerdədir.

Səudiyyə Ərəbistanı Liqasına 13 oyundan 35 xall qazanan “Əl-Hilal” liderlik edir.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir