Cəmiyyət

Paytaxtda qeyri-adi oğurluq hadisəsi baş verib

Sharing is caring!


Bakıda qeyri-adi oğurluq hadisəsi baş verib. Belə ki, özünü “Azəriqaz”ın əməkdaşı kimi təqdim edən şəxs taksi sürücüsündən danışmaq üçün telefonu istəyib. Həmin şəxs telefonla danışa-danışa anidən qaçmağa başlayıb.

Zərərçəkmiş Vasif Məmmədov Oxu.Az-a açıqlamasında hadisənin metronun “Koroğlu” stansiyasının ətrafında baş verdiyini deyib:

“Axşam saatlarında bir nəfər maşına əyləşərək Binə qəsəbəsinə getmək istədiyini dedi. Özünü “Azəriqaz”ın əməkdaşı kimi təqdim edirdi. Qəsəbədə bir neçə ünvanda dayandıq. Daha sonra “Koroğlu” stansiyasına gəldik. Metroya çatanda telefonumu istədi ki, zəng vursun. Mən də verdim. Danışa-danışa maşından düşdü. Anidən qaçmağa başladı. Maşını pis yerdə saxladığım üçün arxası ilə qaça bilmədim”.

Vasif Məmmədovun sözlərinə görə, həmin şəxs Binə qəsəbəsində qaz borcu çox olan abonentləri tanıyırdı. “Orada qaza çox borcu olan sakinlərdən pul aldı. Bir qadından 60 manat aldığını dəqiq bilirəm”.

Qeyd edək ki, hadisə anı təhlükəsizlik kameralarına düşüb.

Zərərçəkmiş Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə ərizə ilə müraciət edib.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir