Cəmiyyət

Qaradağda iki evdə yanğın oldu: Xəsarət alan var

Sharing is caring!


Bakı şəhərinin Qaradağ rayonunda yanğın olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, ümumi sahəsi 120 kvadratmetr olan ikimərtəbəli evin birinci mərtəbəsinin dam örtüyünün konstruksiyaları, bitişik, sahəsi 400 kvadratmetr olan talvarın yanar konstruksiyaları 150 kvadratmetr sahədə və yaxınlıqda, ümumi sahəsi 80 kvadratmetr olan birmərtəbəli evin dam örtüyü 10 kvadratmetr sahədə yanıb. Yüksək temperaturdan lambirdən ibarət tavan 40 kvadratmetr sahədə və iki ədəd plastik qapı əriyib.

Yanğın zamanı bir nəfər yanıq xəsarəti alıb. Evlərin və talvarın qalan hissəsi yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir