Cəmiyyət

Qazaxda avtomobilə odlu silahdan atəş açılıb

Sharing is caring!


Qazaxda mübahisə zəminində avtomobilə odlu silahdan atəş açılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirib ki, Qazax Rayon Polis Şöbəsinə rayonun Birinci Şıxlı kəndi ərazisində odlu silahdan atəş açılması barədə məlumat daxil olub.

Polis əməkdaşları hadisə yerinə gələrək araşdırma aparıblar. İlkin araşdırmalar zamanı məlum olub ki, rayonun Birinci Şıxlı kənd sakini, 1978-ci il təvəllüdlü Elşən Yusifov həmkəndlisi, 1981-ci il təvəllüdlü Ülfət Mustafayevin əyləşdiyi VAZ markalı avtomobilə odlu silahdan iki dəfə atəş açıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobilə ziyan dəyib.

Hazırda hadisəni törətməkdə şübhəli bilinən şəxsin yerinin müəyyən edilməsi və istintaqa təhvil verilməsi istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir