Dünya

Ukrayna hökuməti “Bayraktar”ların ölkədə istehsalına icazə verdi

Sharing is caring!

Ukrayna hökuməti Türkiyə ilə yüksək texnologiyalar, aviasiya və kosmos sahələrində əməkdaşlığa dair sazişin ratifikasiyasına dair qanun layihəsini təsdiqləyib.

Bu barədə çərşənbə axşamı Nazirlər Kabinetinin Ali Radadakı nümayəndəsi Taras Melniçuk bildirib.

Qeyd olunub ki, sənədin parlamentdə qəbulu Ukraynada Türkiyə istehsalı olan “Bayraktar” pilotsuz uçan aparatlarının istehsalı və texniki xidməti üzrə zavodun tikintisinə imkan verəcək.

Xatırladaq ki, sözügedən razılaşma fevralın 3-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Kiyevə səfəri zamanı imzalanıb.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir