Cəmiyyət

Xocəsən – Lökbatan avtomobil yolundakı piyada keçidinin təmiri yekunlaşıb – FOTO

Sharing is caring!


Vətəndaşların avtomobil yolunu rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədilə Xocəsən – Lökbatan avtomobil yolunun 2-ci kilometrliyində yerləşən yerüstü piyada keçidində aparılan təmir-bərpa işləri yekunlaşıb.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verib.

Layihəyə uyğun olaraq öncə keçidin deformasiyaya uğramış aşırım hissəsinin sökülməsi işləri aparılıb. Daha sonra keçidin yeni aşırım hissəsinin quraşdırılması həyata keçirilib.

Bərpa işləri zamanı keçidin fasadı, tavanı və döşəməsi əsaslı şəkildə təmir olunub, alt hissədə və kənarlarda olan üzlük materialları yeniləri ilə əvəzlənib.

Bundan başqa, keçidin yan şüşələrinin metal torlarla əvəzlənməsi və işıqlandırma sisteminin yenilənməsi işləri icra olunub.

Qeyd edək ki, təmir-bərpa işləri zamanı 36 metr uzunluğa malik sözügedən keçidin yerdən hündürlüyü 4,5 metrdən 5,6 metrə qədər artırılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir