Cəmiyyət

TDT çərçivəsində əməkdaşlığın inkişafı teleradio yayımının tənzimlənməsində əməkdaşlığa təkan verir – AÇIQLAMA

Sharing is caring!

“Son zamanlar TDT çərçivəsində üzv ölkələr arasında həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlığın inkişaf etməsi həmin tendensiyanın televiziya və radio yayımının tənzimlənməsi sahəsində əməkdaşlığa da təkan verir”.

“Report”un xəbərinə görə, bunu Prezidentinin Administrasiyasının Rəqəmsal Media ilə iş sektorunun müdiri Elmir Vəlizadə Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin Audiovizual media üzrə tənzimləyici orqanlarının I toplantısında deyib.

Onun sözlərinə görə, ölkələrimiz arasında audiovizual sahə ilə bağlı əməkdaşlığımızın inkişaf etdirilməsi qarşımızda duran tələblərdən biridir:

“Rəqəmsal media dövründə müəllif hüquqlarının qorunması, keyfiyyətli proqramların hazırlanması müasir zamanın tələblərindən biridir. Bu, ölkələrimizin inkişafına geniş töhfə verəcək”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir