Dünya

İsrail Müdafiə Qüvvələri HƏMAS-ın yüksək vəzifəlisinin iqamətgahına zərbə endirdi – FOTO/VİDEO

Sharing is caring!


İsrail Müdafiə Qüvvələri (İDF) HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin iqamətgahına zərbə endirib.

Bu barədə İsrail Müdafiə Qüvvələrinin rəsmi “Telegram” kanalında məlumat verilib.

Məlumata görə, İsmayıl Haniyənin terror infrastrukturu kimi istifadə edilən iqamətgahı HƏMAS-ın yüksək rütbəli liderlərinin İsrail mülki əhalisinə və İDF əsgərlərinə qarşı terror aktları həyata keçirmələri üçün toplandıqları görüş yeri olub.

Həmçinin İsrail Müdafiə Qüvvələri Şati düşərgəsinin ələ keçirilməsi zamanı HƏMAS-ın hərbi-dəniz qüvvələrinə məxsus gizli silah anbarı aşkar edib ki, burada sursatlar, partlayıcı qurğular və silahların olduğu üzə çıxıb. Anbar məhv edilib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir