Cəmiyyət

Bakının mərkəzində dörd avtomobil toqquşub, xəsarət alan var – FOTO

Sharing is caring!


Bakının Səbail rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi olub.

APA xəbər verir ki, qəza Neftçilər prospektində qeydə alınıb.

Belə ki, idarəetməni itirən “Geely” markalı minik avtomobilinin sürücüsü maşını digər hərəkətsiz dayanan üç nəqliyyat vasitəsinə çırpıb.

Qəzada “Toyota Prius”, “Ravon R4” və “LEVC TX” modelli “London taksi”sinə ziyan dəyib.

“Geely” markalı minik avtomobilində olan qadın sərnişin xəsarət alıb. Yaralı əraziyə çağrılmış təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb. Qəza səbəbindən prospektdə tıxac yaranıb.

Əraziyə polis əməkdaşları cəlb edilib. Yolda hərəkət təmin edilib.

Hadisənin təfərrüatı araşdırılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir