Dünya

Türkiyədə sərnişin təyyarəsində bomba həyəcanı: Uçuş ləğv edildi

Sharing is caring!

Türkiyədə Samsun-İstanbul reysini həyata keçirəcək “Pegasus” şirkətinə məxsus təyyarədə kabin heyəti ilə sərnişin arasındakı “bomba” ilə bağlı dialoqdan sonra uçuş ləğv edilib.

Belə ki, təyyarənin göyərtəsində bir sərnişinin baqajının daşınmasına kömək edən “Pegasus”un  kabin heyəti sərnişinə: “Baqajınız nə qədər ağırdır…” – deyib. Sərnişin: “Ona görə ki, içində bomba var”, – deyə cavab verib.

Sərnişinlər təxliyə edildikdən sonra təyyarədə axtarışlara başlanılıb. Lakin bomba zərərsizləşdirilməsi üzrə mütəxəssislər tərəfindən öyrədilən itlə aparılan axtarışlarda heç bir mexanizm tapılmayıb.

Uçuş ləğv edilib, sözügedən sərnişinin ifadəsi alınıb.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir