Cəmiyyət

Bakıda bir ailənin altı üzvü plovdan zəhərləndi

Sharing is caring!

Ötən gün Bakıda bir ailənin altı üzvü zəhərlənib.

Oxu.Az-ın məlumatına görə, hadisə Xəzər rayonunda, Binə sovxozu deyilən ərazidə baş verib. 

Ailənin plovdan zəhərləndiyi ehtimal edilir. Zəhərlənən şəxslərin xəstəxanaya yerləşdirildiyi bildirilir. 

Hadisə ilə bağlı TƏBİB-dən Oxu.Az-a bildirilib ki, ailə üzvlərinin hər birinə zəruri tibbi yardım göstərilib:

“Ambulator müalicə üçün evə buraxılıblar. Vəziyyətləri qənaətbəxşdir”.

Aysel Aslanqızı

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir