İdman

“Fənərbağça”nın futbolçusu səcdəyə gedən rəqib oyunçuya tüpürüb: “Bu, rəzillikdir” – VİDEO

Sharing is caring!


Türkiyənin “Trabzonspor” klubu Super Liqanın 34-cü turunda “Fənərbağça” ilə matçda (1:3) baş verən insidentlə bağlı açıqlama yayıb.

İddia olunur ki, 79-cu dəqiqədə Qara dəniz təmsilçisinin futbolçusu Mahmud Trezeqe penaltidən fərqləndikdən sonra qol sevinci zamanı səcdəyə gedərkən rəqib oyunçu Samet Akaydın ona tüpürüb.

Klub rəsmi sosial şəbəkə hesabından yaydığı bəyanatda bunu iyrənclik adlandırıb:

“Fənərbağça” ilə qarşılaşmada futbolçumuz Mahmud Trezeqeyə qarşı edilən qeyri-insani hərəkəti şiddətlə qınayırıq. Trezeqenin qol sevincindən sonra səcdəyə gedərkən “Fənərbağça”nın futbolçusu Samet Akaydının onun üzərinə tüpürməsi rəzillik və iyrənclikdir”.

“Trabzonspor” “Fənərbağça” və Türkiyə Futbol Federasiyası tərəfindən lazımi tədbirlərin görülməsini tələb edib. Klub futbol ictimaiyyətini bu hadisəyə reaksiya verməyə səsləyib.

Samet Akaydın isə açıqlamasında bildirib ki, görünmə bucağı yanlış anlaşılmaya səbəb olub. O, sosial şəbəkələrdə səsləndirilən fikirləri “böhtan” adlandırıb.

Mənbə: Goal.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir