Dünya

Qadınlar Fransa şirkətini məhkəməyə verdilər

Sharing is caring!

60-a yaxın qadın Fransanın “L’Oreal” ətir və kosmetika şirkətini saç düzləşdirici vasitələrə görə məhkəməyə verib.

Çikaqo federal məhkəməsində qaldırılan iddialarda bu məhsulların xərçəng və digər xəstəliklərə səbəb olan təhlükəli kimyəvi maddələr daşıdığı iddia edilir. İddiaçıların sözlərinə görə, “L’Oreal” rəhbərliyi bundan xəbərdardır, lakin onları satmaqda davam edir.

İddialar Milli Səhiyyə İnstitutunun (NIH) alimlərinin araşdırmasının dərcindən sonra qaldırılıb. Təcrübənin nəticələrinə görə, kosmetik vasitələrin tərkibində olan kimyəvi maddələr, o cümlədən ətirlər, parabenlər və ftalatlar insanın endokrin sistemi üçün təhlükə yaradır. Xüsusilə, sadalanan komponentlərin uşaqlıq yolu xərçənginə səbəb olduğu ortaya çıxıb.

Brend isə öz günahını etiraf etməyib.

“Biz məhsullarımızın təhlükəsizliyinə əminik və hesab edirik ki, bizə qarşı qaldırılan son iddiaların heç bir hüquqi əsası yoxdur”, – deyə şirkət nümayəndələri cavab veriblər.

Mənbə: lenta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir