Cəmiyyət

Bilinməyən meyxana tarixi – ARAŞDIRMA + VİDEO

Sharing is caring!


Meyxana-zərb alətinin müşayiəti ilə oxunan musiqili poetik janr. Bu sənət haqqında ilk məlumatlara Herodotun “Tarix” əsərində rast gəlinir.

Əsasən Bakı kəndlərində geniş yayılıb. Klassik Azərbaycan ədəbiyyatında “Meyxana” adı bir neçə əsərdə işlədilib.

20-ci əsrin əvvəli. Satirik şair Mirzə Ələkbər Sabir. O öz yaradıcılığında meyxana elementləri istifadə edir. Onun “Bəhri Təvil”ində bu janrın elementləri açıq-aşkar görünür.

Deyilənə görə, bu arıq, cılız dahi hətta toylarda meyxana deyib. Üzeyir Hacıbəyli. Dahi bəstəkar. O, 20-ci əsrin 30-cu illərində “Koroğlu” operasını bəstələyərkən meyxana kupletləri işlədib. Eyni zamanda “O olmasın bu olsun” operettasında Üzeyir bəy “Hambal”ın danışığında meyxana istifadə edir.

Daha sonra bəstəkar Fikrət Əmirovun “Sevil” operasında, cazmen Vaqif Mustafazadənin “Caz-Muğam”ında meyxana elementləri görünür.

Əliağa Vahid. Dövlət səviyyəsində meyxana təbliğatı aparan şəxs. Meyxananın kütləviləşməsində Vahidin rolu danılmaz idi. Onun Maştağalı Ağahüseyn Əfsunla dediyi meyxanalar günümüzdə deyilən meyxanaların təməli sayıla bilər. Maştağa Bakı kəndləri içində meyxana ocağı olması ilə tanınır və kənd əhli bununla fəxr edir. Bakının tanınmış meyxanaçıları əsasən bu kəndin yetirməsidir. Kəndin tanınmış meyxanaçılarını sadalasaq, görərik ki, Azərbaycan meyxana tarixinin demək olar bir çox tanınmış simaları bu kənddən çıxıb.

Ağasəlim Çıldaq, Məşədibaba, Ağamirzə, Ağakərim, Elçin, Vüqarın adları bəsdir ki, kəndin meyxana məktəbi olmasını sübut etsin.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir