Dünya

Nigar Camal və Eldar Qasımovun iştirakı ilə Niderlandda “Eurovision” ulduzlarının konserti baş tutub – FOTO

Sharing is caring!


Niderlandın paytaxtı Amsterdam şəhərinin ən böyük “Ziggo Dome” arenasında beynəlxalq “Eurovision” mahnı müsabiqəsinin ulduzlarının iştirakı ilə möhtəşəm “Het Grote Songfestivalfeest” qala-konserti baş tutub.

Bu barədə Media.az xəbər verir.

15 min tamaşaçı qarşısında Azərbaycanı Ell & Nikki – Eldar Qasımov və Nigar Camal 2011-ci ilin mayında Düsseldorfda (Almaniya) “Eurovision” Mahnı Müsabiqəsində qalib gəldikləri “Running Scared” hitini ifa ediblər.

Mahnının müəllifləri Stefan Orn, Sandra Byurman, Ien Farharsandır. “Het Grote Songfestivalfeest” gecəsində 29 ölkədən nümayəndələr iştirak edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir