Cəmiyyət

Məktəblərdə istiliklə bağlı vəziyyət açıqlanıb

Sharing is caring!


Bu tədris ilindən etibarən daha 160 təhsil müəssisəsində qazlaşdırma aparılıb.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Ümumi və Məktəbəqədər Təhsil Agentliyindən xəbər verilib.

Bildirilib ki, bununla yanaşı artıq üç ildir pilot olaraq Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində olan müəssisələrdə pelet sobalarından istifadə edilir.

Qeyd edilib ki, bu il Gədəbəy, Qazax, Tovuz, Ağstafa rayonlarında yerləşən 165 ümumtəhsil və məktəbəqədər təhsil müəssisəsində pelet sobalardan istifadə olunacaq:

“Həmçinin bir sıra müəssisələrimizdə günəş panellərindən də istifadə nəzərdə tutulub. Vətəndaşlara müraciət edirik ki, hər hansısa müəssisədə istiliyin verilməsi ilə bağlı problem olduqda ilk növbədə məktəb rəhbərliyinə məlumat versinlər. Məktəb rəhbərliyi müvafiq olaraq rayon təhsil sektoru və regional təhsil idarəsi ilə məlumatı bölüşür. Ondan sonra operativ qruplar məsələnin həlli istiqamətində tədbir görəcəklər”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir