İdman

Azərbaycan Kubokunda son 17 mövsümün rekordu yenilənəcək – FOTO

Sharing is caring!


Azərbaycan Kubokunun 2023/2024 mövsümündə iştirakçı sayı baxımından son 17 mövsümün rekordu yenilənəcək.

“Report” xəbər verir ki, 32-ci dəfə təşkil olunacaq yarışda 34 komanda mübarizə aparacaq.

Bu, Peşəkar Futbol Liqasının bayrağı altında keçirilən turnirlər üçün mütləq rekorddur. 2008-ci ildə yaradılan qurumun təşkil etdiyi əvvəlki 15 mövsümün rekordu 22 komandanın kuboka qatılması idi. Buna 2010/2011 mövsümündə təsadüf olunub.

34-dən çox komandanın iştirakı isə sonuncu dəfə 2006/2007 mövsümünə təsadüf edib. Həmin vaxt 35 kollektiv yarışa qoşulmuşdu.

Qeyd edək ki, mütləq rekord 1993/1994 mövsümündə gerçəkləşib. Həmin vaxt kubok uğrunda 45 komanda mübarizə aparıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir