İdman

Türkiyə Super Liqası: “Qalatasaray” liderliyə yüksəldi – VİDEO

Sharing is caring!


Türkiyə Super Liqasında X turun oyunları keçirilir.

Oxu.Az xəbər verir ki, son çempion “Qalatasaray” “Rizespor”un qonağı olub.

Qarşılaşma “sarı-qırmızılar”ın minimal hesablı qələbəsi ilə başa çatıb – 0:1. Yeganə qolu matçın 69-cu dəqiqəsində Serjio Oliveyra vurub.

Qələbə “Qalatasaray”ı azı bir günlük liderliyə yüksəldib. 28 xalı olan komanda bir oyun az keçirən ən yaxın izləyicisi “Fənərbağça”nı bir xal üstələyir. “Rizespor” isə 14 xalla doqquzuncudur.

Azərbaycan millisinin üzvü Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi “Adana Demirspor” da turu qələbə ilə başa vurub. Komanda doğma azarkeşləri qarşısında “Konyaspor”u üstələyib – 3:0.

Şahruddin bu görüşün iştirakçısı olmayıb. O, sona qədər ehtiyatda qalıb. Qələbə sayəsində futbolçumuzun komandası üçüncü pilləyə yüksəlib. Komandanın 20 xalı var. “Konyaspor” isə doqquz xalla 15-cidir.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir