İqtisadiyyat

Azərbaycanda bərpa olunan enerji sahəsində ikili diplomlu ixtisas yaradıla bilər

Sharing is caring!


“Hazırda Azərbaycanda bərpa olunan enerji ilə bağlı ikili diplomlu ixtisasın yaradılması üçün Elm və Təhsil Nazirliyi ilə müzakirələr aparılır”.

Oxu.Az-ın məlumatına görə, bunu Təhsilin İnkişafı Forumu çərçivəsində keçirilən “Universitet – sənaye tərəfdaşlığı” panelində çıxışı zamanı bp şirkətinin Xəzər Bölgəsində Xarici Əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.

Onun sözlərinə görə, ölkədə bərpa olunan enerji ilə bağlı təhsil imkanları yoxdur:

“Əgər enerji sənayesinin sabahı neft və qaz mühəndisliyi ilə bərabər, bərpa olunan enerji sahəsində fəaliyyət olacaqsa, biz indidən bu istiqamətdə kadrlar hazırlamalıyıq”.

O əlavə edib ki, sənaye çalışır ki, gələcəkdə qəbul edəcəyi kadrların hazırlığına öz töhfəsini versin”.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir