Cəmiyyət

Nə versələr də, pullarını satmır: Kolleksiyaçıdan Xankəndi təklifi – VİDEO

Sharing is caring!


Salyan sakini Fəxrəddin Əliyev müxtəlif ölkələrin pullarını toplamaqla məşğuldur.

65 yaşlı F.Əliyevın kolleksiyasında hazırda 30-dan artıq ölkənin 100-dən çox pul nişanı mövcuddur. 

Onun 50 il ərzində ərsəyə gətirdiyi kolleksiyanın ümumi dəyəri isə təxminən 50 min manatdır. Kolleksiyaçı bu işə başlamasının tarixçəsindən danışıb:

“1982-ci ildə Bakıda qohumumun evində qalırdım. Həmin vaxt çardağı təmir edirdilər. Oradan əsginaslar tapıldı və məndə maraq yarandı. Daha sonra insanlar mənə başqa köhnə pulları verməyə başladılar”.

Onun sözlərinə görə, eksponatlar arasında İkinci Nikolayın nənəsinin xatirəsinə çap olunan əsginas da var. F.Əliyev, həmçinin təklif edib ki, əsginaslarımızın üzərində işğaldan azad edilmiş ərazilərimizin şəkilləri olsun.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir