Cəmiyyət

Bəzi yerlərdə yağış yağıb, külək güclənib – FAKTİKİ HAVA

Sharing is caring!


Azərbaycanda faktiki hava açıqlanıb.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, noyabrın 15-nə olan məlumata əsasən, gecə və səhər bəzi yerlərdə arabir yağış yağıb. Şimal-qərb küləyi bəzi yerlərdə arabir güclənib.

Düşən yağıntının miqdarı Şəkidə 6 mm, Qax, Ordubad, Sədərək, Mingəçevir, Goranboy, Gədəbəy, Naxçıvan, Şərur, Şahbuz, Naftalan, Ağdam, Balakən, Zaqatala, Oğuz, Ağsu, Xınalıq, Qrız, Şahdağ, Tərtər, Naftalan, Yevlax, Kürdəmirdə 4 mm-dək olub.

Şimal-qərb küləyi arabir Naftalanda 24 m/s, Qobustanda 22 m/s, Şahdağda 20 m/s, Mingəçevirdə 19 m/s, Tərtər, Bərdədə 18 m/s, Gəncədə 16 m/s, Bakıda və Abşeron yarımadasında isə 28 m/s-dək güclənib.

“Neft Daşları” stansiyasının məlumatına əsasən, dənizdə dalğanın hündürlüyü 3,6 metrə çatıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir