Dünya

Gürcü ekspert: “İpək Yolu Forumu Bakı ilə İrəvan arasında təmas nöqtələrinin tapılmasına kömək edə bilər”

Sharing is caring!


“Tbilisidə oktyabrın 26-27-də keçiriləcək İpək Yolu Forumu iqtisadi əlaqələrin, xüsusən də Azərbaycan və Ermənistan arasında nəqliyyat və logistika layihələrinin inkişafı üçün təmas nöqtələrinin tapılmasına kömək edə bilər”.

Bunu “Report”a açıqlamasında Gürcüstanın Qafqaz İslam Araşdırmaları Mərkəzinin direktoru Şota Apxaidze bildirib.

“Tbilisidə keçiriləcək bu forum Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üçün daha bir platforma rolunu oynayacaq”, – deyə ekspert qeyd edib.

Ş.Apxaidze vurğulayıb ki, Ermənistanın baş naziri Nikol Paşinyanın bu tədbirdə iştirakını bəyan etməsi İrəvanın regional iqtisadi layihələrin həyata keçirilməsində maraqlı olduğunu göstərir.

Politoloq onu da bildirib ki, forumun moderatorları Gürcüstan tərəfi ilə yanaşı, Çinin, Britaniyanın BBC və “Bloomberg” agentliklərinin yayım korporasiyasının nümayəndələridir.

Tbilisi Azad Universitetinin biznes məktəbinin dekanı Qiqi Bedineişvilinin sözlərinə görə, forum sayəsində Azərbaycan, Ermənistan və Gürcüstan arasında üçtərəfli əlaqələr möhkəmlənəcək:

“Bu baş verərsə, regional iqtisadiyyat üçün böyük təkan olacağını düşünürəm. Qarabağın Ermənistan tərəfindən qeyri-qanuni işğalı geridə qaldığına görə, Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olması üçün keçilməz sədd yoxdur. Biz Rusiyanın regionumuzda dağıdıcı mövcudluğunu sıfıra endirmək üçün mümkün olan hər şeyi etməliyik. Üç ölkə arasında bərabərhüquqlu tərəfdaşlıqla bağlı regionun gələcəyinə nikbin baxıram”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir