Cəmiyyət

Xaricdə təhsil üzrə proqramda YENİLİK – VİDEO

Sharing is caring!


2024-2025-ci tədris ilində Xaricdə təhsilə dair dövlət proqramına 15 prioritet ixtisas sahəsi üzrə 28 ölkənin 179 nüfuzlu ali təhsil müəssisəsi daxildir.

Siyahıda bu ali təhsil müəssisələrində tədris olunan 631 bakalavriat və 3362 magistratura olmaqla, ümumilikdə 3993 təhsil proqramı yer alır.

Siyahının öncədən elan olunmasında məqsəd təhsilini xaricdə davam etdirmək istəyən vətəndaşların göstərilən proqramlar üzrə qəbul sənədlərini daha əvvəl əldə etməsinə imkan yaratmaqdır.

Vurğulanıb ki, bu ildən ilk dəfə olaraq mədəniyyət və incəsənət sahəsi üzrə təhsil almaq istəyən gənclər də dövlət proqramının müvafiq siyahıda yer alan universitetlərinə, ali təhsil müəssisələrinə müraciət edə bilərlər.

Onlar qəbul olduqdan sonra proqramın maliyyələşməsi üçün müraciət edə biləcəklər.

Ətraflı süjetdə:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir