Cəmiyyət

Sumqayıt-Bakı yolunda avtobuslar üçün xüsusi zolaq EFFEKTİV OLDU? – VİDEO

Sharing is caring!


Bir müddət əvvəl Sumqayıt-Bakı yolunda avtobuslar üçün xüsusi zolaq çəkilib.

Xezerxeber.az-ın məlumatına görə, məqsəd ictimai nəqliyyatın və minlərlə sərnişinin mənzil başına daha rahat çatmasını təmin etmək olub. 

Minik avtomobillərinin sürücüləri avtobus zolağı çəkildikdən sonra yollarının daraldığını, əvvəlki dövrlə müqayisədə daha çox çətinliklə hərəkət etdiklərini bildiriblər.

Avtobus sürücüləri və ictimai nəqliyyatdan istifadə edənlər sərnişinlər isə vəziyyətdən məmnundurlar.

Onlar avtobus zolağı ilə mənzil başına daha tez çatdıqlarını deyirlər. Amma avtobus sürücülərinin narazı olduğu məqamlar da var.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, Bakı-Sumqayıt yolunda xüsusi zolağın təşkil edilməsindən sonra avtobusların son dayanacağa çatma müddəti 22-24 dəqiqə qısalıb.

Qeyd edək ki, avtobus zolağına daxil olan minik avtomobillərinin sürücüləri 40 manat məbləğində cərimə edilirlər.

Ətraflı süjetdə:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir