Dünya

Ronaldu “Ən-Nəsr”in baş məşqçisini qovdurdu

Sharing is caring!


Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubu baş məşqçisi Rudi Qarsiyanı istefaya göndərib.

59 yaşlı mütəxəssisin qovulmasına komandanın nəticələrinin zəifləməsi və çalışdırıcının futbolçularla münasibətilərinin pis olması səbəb göstərilir.

Qarsiya bir neçə gün öncə paltardəyişmə otağında oyunçularla mübahisə edib. Onun davranışı xüsusən komandanın ulduzu Kriştianu Ronaldunun xoşuna gəlməyib. Portuqaliyalı forvard bununla bağlı klub rəhbərliyinə bildirib. Rəhbərlik bu məsələdə Ronaldunun tərəfini saxlayıb.

“Ən-Nəsr” Səudiyyə Ərəbistanı çempionatında sona 7 tur qalmış 2-ci pillədədir. Komanda lider “Əl-İttihad”dan 3 xal geri qalır.

Mənbə: “Marca”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir