Dünya

ABŞ MKİ rəsmiləri təcavüz barədə məlumat verən işçini işdən çıxarıblar

Sharing is caring!


ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) iş yoldaşının cinsi təcavüzündən şikayət edən əməkdaşını işdən çıxarıb.

Həmkarı tərəfindən təzyiqə uğrayan MKİ əməkdaşı cinsi zorakılığa məruz qaldığını rəhbərlərinə bildirdikdən sonra işini itirib. Qadının vəkilinin sözlərinə görə, MKİ rəhbərliyi onu hadisəni ictimaiyyətə çatdırmamağa və açıqlama verməkdən imtina etməyə çalışıb.

Zərərçəkmiş cinayəti ört-basdır etmək tələbindən imtina etdikdə işdən çıxarılıb. Şöbənin nümayəndələri bütün ittihamları rədd edərək, işçinin işdən çıxarılmasına məxfi agentlərin hazırlanmasında ona tapşırılan vəzifələrin öhdəsindən gəlməməsi ilə əlaqədar olduğunu bildiriblər.

Mənbə: NBC

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir