Cəmiyyət

Siyavuş Novruzov: “Dəfn puluna qəbiristanlıqdan 10 santimetr yer almaq mümkün deyil”

Sharing is caring!


“Dəfn pullarının miqdarı artırılmalıdır”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Siyavuş Novruzov deyib ki, verilən dəfn puluna qəbiristanlıqdan 10 santimetr yer almaq mümkün deyil:

“Bakı şəhərində qəbiristanlıq məsələsi çox ciddi problemdir. Verilən pul Bakı şəhərində dəfnin heç 10-da birini qarşılamır. Dəfnlə bağlı tələblər də dəyişilməlidir. Bu adam dünyasını dəyişib, nə qədər arayış tələb edərlər”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir