İdman

Azərbaycan millisi Moldova ilə heç-heçə edib

Sharing is caring!


19 yaşadək qız futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

“Report”un məlumatına görə, Həbib Ağayevin baş məşqçisi olduğu kollektiv üçüncü, sonuncu matçda Moldova ilə üz-üzə gəlib.

Qarşılaşma qolsuz bərabərliklə bitib. B Liqasının 3-cü qrupundakı digər oyunda Sloveniya Kosovonu 5:2 hesabı ilə üstələyib.

Qeyd edək ki, U-19 komandamız daha əvvəl Sloveniyaya 0:9, Kosovoya 0:3 hesabı ilə uduzub. Yekunda Sloveniya 9, Kosovo 6, Moldova və Azərbaycan hərəyə 1 xal qazanıblar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir