Cəmiyyət

Bakıda elektrovoz avtomobillə toqquşdu – FOTO

Sharing is caring!


Noyabrın 13-də, axşam saatlarında “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) məxsus elektrovoz Yeni Suraxanı stansiyası yaxınlığında hərəkətdə olarkən dövlət qeydiyyat nişanı 77-CR-217 olan “Opel” markalı minik avtomobili qəflətən onun qarşısına çıxaraq qəzaya səbəb olub.

Bu barədə Oxu.Az-a ADY-dən bildirilib.

Məlumata görə, toqquşma nəticəsində xəsarət alan olmayıb, elektrovozun müəyyən hissələri zədələnib, dəmiryol infrastrukturuna ziyan dəyib.

“ADY nəqliyyat vasitələri sürücülərini “Yol hərəkəti haqqında” qanunun 44-cü maddəsinin tələblərinə ciddi riayət etməyə, dəmir yolu keçidlərinə yaxınlaşarkən sürət həddini aşağı salmağa, yüksək sayıqlıq göstərməyə və keçidin qatardan boş olduğuna tam əmin olduqdan sonra hərəkətlərini davam etdirməyə çağırır.

Dəmiryol keçidlərindən keçmə qaydalarının pozulması, nəqliyyat vasitələrinin dəmir yollarını dəmiryol keçidlərindən kənar yerlərdən keçməsi hallarına görə sürücülər 100 manat cərimələnir”, – deyə səhmdar cəmiyyəti bəyan edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir