Cəmiyyət

Deputat: “Alimə verilən elmi dərəcə pulu yox, çörək puludur”

Sharing is caring!


“Hər il dövlət büdcəsindən elmin inkişafına xeyli vəsait ayrılır, amma həmin məbləğin nə qədər hissəsinin birbaşa alimə çatması sualı maraqlıdır”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Əziz Ələkbərov parlamentin noyabrın 14-də keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində deyib.

Onun sözlərinə görə, AMEA-da elmi işçi vəzifəsində çalışan gənc alimlər müxtəlif dərəcələrlə 400 manatdan bir az çox əməkhaqqı alırlar:

“Halbuki ölkədə bu il üçün nominal orta aylıq əməkhaqqı 925,3 manat, paytaxtda isə orta aylıq nominal əməkhaqqı 1000 manatdan yuxarıdır. Yəni paytaxtda yaşayan alim orta aylıq əməkhaqqının 1/3-i qədər maaş alır. Doğrudanmı bu maaşla gənclərimizi elmə gətirmək istəyirik?! Doğrudanmı güman edirik ki, bu qədər əməkhaqqı ilə alim elmlə məşğul olacaq?!”

Ə.Ələkbərov eyni zamanda elmi dərəcəsi olanlar üçün nəzərdə tutulan vəsaitin az olmasına da toxunub:

“Alimlərə verilən dərəcə pulu 60-100 manat kimi qalıb. Fəlsəfə doktoruna hər biri üçün iki, elmlər doktoru üçün isə üç çörək pulu verilir. Bəlkə də alimə verilən elmi dərəcə pulu yox, elə çörək puludur. Hesab edirəm ki, elmimiz və alimlərimiz bu münasibətə layiq deyillər”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir