Cəmiyyət

Azərbaycanda nə qədər işçi ilə əmək müqaviləsi bağlanıb?

Sharing is caring!


Bu il noyabr ayının 1-nə Azərbaycanda bağlanan əmək müqavilələrinin sayı 1 milyon 790,8 minə çatıb.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən verilən məlumata görə, 4 ildən çox müddətdə həyata keçirilən təşviq əsaslı vergi siyasəti əmək bazarında əhəmiyyətli dəyişikliklərə səbəb olub.

Məlumatda deyilir ki, Dövlət Vergi Xidməti tərəfindən iş yerlərinin rəsmiləşdirilməsi, əməkhaqqı fondunun “ağardılması” və şəffaflılığın təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərin nəticəsi olaraq, bağlanmış əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 388,9 min vahid artıb.

Həmçinin qeyri-neft sektorunun özəl bölməsində həmin göstərici 349 175 vahid artaraq 889 mindən çox olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir