Cəmiyyət

Qazaxda vətəndaşlar qanunsuz saxlanılan ov silahlarını polisə könüllü təhvil veriblər – FOTO

Sharing is caring!


Qazax Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində əməliyyat-axtarış və profilaktiki tədbirləri davam etdirirlər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov bildirib ki, keçirilən müvafiq tədbirlər nəticəsində həftə ərzində 4 nəfər rayon sakini müvafiq sənədləri olmayan, müxtəlif marka və kalibrli, yivli və yivsiz ov silahlarını polisə könüllü təhvil veriblər.

Onun sözlərinə görə, həmin silahlar müvafiq ekspertizaya təqdim edilib və faktlarla bağlı araşdırmalar davam etdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir