Dünya

Moskvada Qırmızı Meydanda Qələbə paradı keçirilib – YENİLƏNİB + VİDEO

Sharing is caring!


Moskvada Qələbə paradı başa çatıb. Qırmızı Meydan üzərində hərbi təyyarələrin uçuşunun ləğvi barədə qərar qəbul edilib.

Təntənəli tədbir hərbi musiqiçilərin “Qələbə” mahnısının ifası ilə yekunlaşıb.

11:25

Rusiya paytaxtının Qırmızı Meydanında İkinci Dünya müharibəsində qələbənin 78-ci ildönümü şərəfinə hərbi parad başlayıb.

Tədbirdə Rusiyanın tanınmış döyüş hissələrinin və hərbi ali məktəblərinin hərbi qulluqçuları, kursantları, həmçinin Federal Təhlükəsizlik Bürosu, Fövqəladə Hallar Nazirliyi, Rusiya Qvardiyasının hərbi qurum və hissələrinin nümayəndələri iştirak edirlər.

Paradda kazak qoşunlarının üzvləri də var.

Ümumilikdə Qırmızı Meydandan 10 mindən çox insan və 125 ədəd müxtəlif növ silah və texnika keçəcək.

Mərkəzi tribunada Rusiya Prezidenti Vladimir Putin, Belarus Prezidenti Aleksandr Lukaşenko, Ermənistan baş naziri Nikol Paşinyan, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Tacikistan Prezidenti Emomali Raxmon, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, həmçinin veteranlar və tədbirin qonaqları yer alıblar.

Mənbə: İzvestiya

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir