Cəmiyyət

Şəkidə fərdi yaşayış evi yanıb

Sharing is caring!


Şəkidə fərdi yaşayış evində yanğın baş verib.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, yanğın saat 05:40-da rayonun Şəki kəndində, kənd sakini Vasif Nəzir oğlu Əhmədova məxsus, ümumi sahəsi 135 kvadratmetr olan kürsülü birmərtəbəli 3 otaq və aynabənddən ibarət fərdi yaşayış evində baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki və Yevlax rayonlarının Dövlət Yanğından Mühafizə Hissələrinin yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində evin 90 kvadratmetrlik sahəsinin yanar konstruksiyaları və ev əşyaları yanıb. Evin qalan hissəsi və yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir