Cəmiyyət

Bakıda “Prius” piyadanı vurub

Sharing is caring!


Bakıda, metronun “Nizami” stansiyasının yaxınlığında piyada vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, “Toyota Prius” markalı avtomobil yolu keçmək istəyən piyadanı vurub. Hadisə nəticəsində piyada müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

İlkin məlumata görə, piyada yaxınlıqdakı xəstəxanalardan birinə yerləşdirilirb.

Faktla bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəsmisi Araz Əsgərli Oxu.Az-a bildirib ki, sözügedən qəza ilə bağlı araşdırma aparılır:

“Qəza nəticəsində ölüm halı qeydə alınmayıb. Piyada xəsarət alıb. Hadisə ilə bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir