Siyasət

“Ermənilərin separatizmin inkişafı ilə bağlı çirkin planları iflasa uğrayıb” – ŞƏRH

Sharing is caring!


“44 günlük Vətən müharibəsində qazandığımız tarixi zəfərdən sonra müəyyən beynəlxalq dairələr, ermənipərəst qüvvələr Azərbaycanın Qarabağ bölgəsində erməni separatizmini davam etdirməyə çalışırlar. Lakin dövlətimiz öz ərazisində separatizmin davam etməsinə imkan verməyəcək. Qarabağda yaşayan ermənilər Azərbaycan qanunlarına tabe olmalıdırlar”.

Bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, verilən informasiyalara əsasən avqustun 21-də səhər saatlarında Xankəndi-Gorus istiqamətində getmək üçün “Laçın” sərhəd-buraxılış məntəqəsindən keçən 60-a yaxın erməninin əksəriyyəti Rusiya vətəndaşlığını qəbul etmiş, Rusiya pasportu daşıyan insanlardır. Onlar əsasən, Azərbaycan ərazisində separatizmi alovlandırmağa çalışan, ona dəstək verən şəxslərdir. Onların Qarabağı tərk etməsi ondan xəbər verir ki, separatizmin “inkişafı” ilə bağlı çirkin planları iflasa uğrayıb. BMT Təhlükəsizlik Şurasının son iclasında Ermənistanın fiaskoya uğraması və öz haqlı mövqeyini göstərən güclü Azərbaycanı bir daha görmələri bu separatçı ünsürlərə çox, çox təsir edib ki, “ümid”lərini tam itirmiş halda torpaqlarımızı tərk edirlər. Artıq həm onlar, həm də arxalarında duran qüvvələr anlayıblar ki, Azərbaycanla bu çirkin oyunu davam etdirə bilməyəcəklər.

Millət vəkilinin sözlərinə  görə, dövlətimiz Qarabağ bölgəsində yaşayan erməniləri öz vətəndaşları hesab edir. Biz həmişə demişik ki, həmin ermənilər cəmiyyətimizə inteqrasiya olunmalıdırlar, Azərbaycan qanunları ilə yaşamalıdırlar və bu istiqamətdə ilk addımın atılması önəmlidir. Məqsəd bu ərazidə yaşayan dinc erməniləri cəmiyyətimizə inteqrasiya etmək, onların Azərbaycan qanunları əsasında yaşamasıdır. Dövlətimizin başçısının bəyan etdiyi kimi, əgər kimsə Azərbaycanın tərkibində yaşamaq istəmirsə, yol açıqdır, hara istəsələr, gedə bilərlər.

“Qarabağda yaşayan erməni sakinlərimiz separatçı rejimin əlində alət olmamalıdırlar. Onların Azərbaycan cəmiyyətinə inteqrasiyası zəruridir. Azərbaycan müxtəlif səviyyələrdə daim bəyan edib ki, burada Azərbaycan qanunlarına hörmətlə yanaşan, bu qanunlarla yaşamağı qəbul edən şəxslər qala bilərlər. Bu şərti qəbul etməyənlər, öz qaydaları ilə yaşamağa çalışanlar üçün qapılar açıqdır, gedib harada istəsələr, yaşasınlar. Bu, dövlətimizin prinsipial mövqeyidir. Ona görə də, ölkəmizdə müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının məsuliyyət zonasında yaşayan erməni sakinlərimiz öz gələcəkləri barədə qərar verməlidirlər”, – deyə Fatma Yıldırım vurğulayıb.

Aysel Aslan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir