Cəmiyyət

Paytaxt sakini dünyasını dəyişən atasından qalan ov tüfəngini könüllü polisə təhvil verib – FOTO

Sharing is caring!


Vətəndaşlarda olan döyüş silahlarının könüllülük əsasında təhvil verilməsi üçün əhali arasında aparılan profilaktik tədbirlər davam etdirilir.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Xətai RPİ-nin 35-ci PB-yə müraciət edən paytaxt sakinlərindən biri 1986-cı ildə dünyasını dəyişən atasından qalan və bu günə kimi saxladığı bir ədəd təklüləli ov tüfəngini könüllü polisə təhvil verib. 

Bundan başqa Xətai rayon sakini olan daha bir nəfər polisə məlumat verərək aşkar etdiyi 3 ədəd əl qumbarası, 3 ədəd alışqan, bir ədəd patron darağı və 82 ədəd müxtəlif növ odlu silaha aid patronları polisə təhvil verib. 

Məlumat verən vətəndaşlara qarşı heç bir cəza tədbiri görülməyib. Polisə vaxtında məlumat verdiyi üçün onlara təşəkkür edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir