Cəmiyyət

Xaçmazda dava düşdü: Güllələnən və bıçaqlananlar var

Sharing is caring!


Xaçmazın Nabran kəndində dava düşüb, güllə yarası alan və bıçaqlananlar var.

“Report”un Şimal bürosunun məlumatına görə, rayonun Şimali kənd sakini – 1978-ci il təvəllüdlü Ramik Ramiz oğlu Rüstəmov Nabran kəndi ərazisində Cami Nizam oğlu Zalov ilə qarşılıqlı mübahisə zamanı çoxsaylı bıçaq xəsarəti və ayaq nahiyəsindən güllə yarası alıb.

Hadisənin digər iştirakçısı olan və onları ayırmağa çalışan, rayonun Yalama kənd sakini – 1978-ci il təvəllüdlü Şöhrət Gülmət oğlu Şıxmətov isə qol nahiyəsindən bıçaq xəsarətləri alıb.

Yaralılar təcili tibbi yardım avtomobili ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Hadisəni törətməkdə şübhəli bilinən C.Zalovun saxlanılması istiqamətində hüquq-mühafizə orqanları tərəfindən zəruri tədbirlər həyata keçirilir.

Hadisənin başvermə səbəbi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir