İdman

Qılıncoynatma üzrə Azərbaycan millisi Dünya Kubokunda gümüş medal qazanıb

Sharing is caring!

Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət Azərbaycan millisi Özbəkistanın paytaxtı Daşkənddəki Dünya Kubokunda gümüş medal qazanıb.

Oxu.Az xəbər verir ki, yığma finalda Bolqarıstan seçməsinə 40:45 hesabı ilə uduzub.

Anna Başta, Palina Kaspiaroviç, Valeriya Bolşakova və Səbinə Kərimovadan ibarət kollektiv ilk görüşdə Kanada millisinə 45:38 hesabı ilə qalib gəlmişdi.

Komanda 1/4 finalda Fransanı 45:44, yarımfinalda Macarıstanı 45:47 hesabı ilə üstələyib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir