Cəmiyyət

Parklanmaya görə cəriməni niyə DYP yox, AYNA yazır? – FOTO

Sharing is caring!


Son günlər sosial şəbəkələrdə parklanma qaydalarını pozan sürücülərə cərimələrin Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən yazılması və ödənişlərin baha olması müzakirələrə səbəb olub.

Bildirilib ki, cərimə varsa, o, Daxili İşlər Nazirliyinin Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən yazılmalıdır.

Sosial şəbəkə istifadəçiləri parklanma qaydalarını pozan sürücülərə cərimələrin AYNA tərəfindən yazılmasını qanunda olan boşluqla əlaqələndiriblər.

Məsələ barədə Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli də mediaya açıqlamasında bildirib ki, parklanma zamanı “azParking” aktiv olmayanda sürücülər cərimə olunurlar:

“Düşünürəm, bu məsələ vahid müşahidə sistemi ilə mərkəzdən idarə olunur. Yəqin ki, cərimələr Dövlət Yol Polisi tərəfindən tətbiq ediləcək. Əgər cərimələri, doğrudan da, “azParking” özü müəyyən edirsə, buna ixtiyarı yoxdur. Bu məlumatlar özünü doğrultsa, düzgün qayda deyil və hansısa sui-istifadə halı deməkdir”.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, parklanma qaydasını pozan sürücülərə cərimə yazmaq səlahiyyəti məhz AYNA-ya məxsusdur:

“Nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən olunmuş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən sürücünün parklanma yerini tərk etməsinə, eləcə də nəqliyyat vasitəsinin 24 saatdan artıq parklanma yerində saxlanılmasına görə İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə 20 manat (Dayanma və ya durma qaydalarını pozma) cərimə nəzərdə tutulur. Bu cərimələri yazmaq səlahiyyəti AYNA-ya aiddir”.

“Eyni zamanda, nəqliyyat vasitəsinin qanunla müəyyən edilmiş parklanma üsulunu pozmaqla parklanmasına, əlillərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində digər nəqliyyat vasitələrinin parklanmasına, eləcə də parklanma yerlərində icazə verilmiş maksimum kütləsi 3,5 tondan çox olan yük avtomobillərinin parklanmasına, habelə parklanma yerlərinin rezervasiya edilməsi və ya digər üsullarla nəqliyyat vasitələrinin sərbəst parklanmasına maneələr yaradılmasına görə sürücülər həm DYP, həm də AYNA tərəfindən cərimələnə bilərlər”, – deyə T.Orucov əlavə edib.

AYNA rəsmisi vurğulayıb ki, nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləğinin qiyməti Nazirlər Kabineti tərəfindən təsdiq edilib.

Sıra nömrəsi

İnzibati ərazi vahidi

Zona

1 saat üçün ödənişin məbləği

(manat, ƏDV daxil)

  1.  

Bakı şəhəri

(“İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının ərazisi istisna olmaqla)

Mərkəz

1,00

I

0, 70

II

0,40

III

0,30

IV

ödənişsiz

  1.  

Sumqayıt şəhəri

Mərkəz

0,40

I

0,20

II

ödənişsiz

  1.  

Gəncə şəhəri

Mərkəz

0,40

I

0,20

II

ödənişsiz

4.

Digər

 

ödənişsiz

 
Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev Oxu.Az-a açıqlamasında bildirib ki, protokol tərtibini, əslində, DYP əməkdaşları etməlidirlər:

“Amma AYNA-nın Əsasnaməsində buna yaxın maddə var, yəni AYNA cərimə və ödənişləri təşkil edə bilər. Amma Əsasnamədə tam olaraq qeyd edilməyib ki, AYNA əməkdaşı protokol tərtib edə bilər.

Məsul əməkdaşların əlində texniki vasitə var və vətəndaş avtomobili düzgün park etməyib, qadağan olunan yerdə saxlayıbsa, elektron protokolu tərtib edə bilərlər. Burada əsas məqsəd hansı qurumun cərimə yazması deyil, vətəndaşların nişanlarda göstərildiyi yerdə və uyğun şəkildə maşınlarını park etmələridir”. 

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir